12:21 - Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
11:56 - İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
11:52 - Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
Ərdoğan Makronla "altılıq" formatında əməkdaşlıq platformasının yaradılmasını müzakirə edib
“Fransa Prezidenti Emmanuel Makron görüşümüz zamanı Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətirdi”.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G-20-lərin sammitindən qayıdan zaman jurnalistlərin sualını cavablandırarkən deyib.
“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşımız İlham Əliyev bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Hətta Nikol Paşinyanla görüşü də olub.
Bu görüşdə bölgədə "altılıq" formatında əməkdaşlıq platformasının yaradılması məsələsi gündəmə gəldi. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bizim istəyimiz odur ki, bu baş versin. Əgər bu reallaşarsa, effektiv olacaq”, - Ərdoğan əlavə edib.