SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq 4 May, 2019 13:59

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq 4 May, 2019  13:59
4-05-2019, 14:09

“Ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bunun üçün ilk növbədə hüquqi bazanın möhkəmləndirilməsi zəruridir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdə deyib.

O bildirib ki, bugünədək ölkələr arasında 7 sənəd imzalanıb, 11 sənəd üzərində iş davam etdirilir: “Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dollar olub. Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur”.

O.Əsədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: “Artıq fəaliyyət göstərən iri transmilli neft və qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031