SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xələf Xələfov yenidən Xarici İşlər nazirinin müavini təyin olunub

Xələf Xələfov yenidən Xarici İşlər nazirinin müavini təyin olunub
4-05-2019, 11:06

Xələf Xələfov yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, X.Xələfov artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, X.Xələfov 1997-ci ildə xarici işlər nazirinin müavini təyin edilib. Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini vəzifəsindən azad olunub.

Azərbaycanın Baş naziri Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi.

X.Xələfovdan sonra Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Aparat rəhbərinin müavini Natiq Məmmədova həvalə olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930