SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə Prezidenti: "Azərbaycanda əkinçilik və heyvandarlıq sahələrində çox ciddi sıçrayış olacaq"

Türkiyə Prezidenti: "Azərbaycanda əkinçilik və heyvandarlıq sahələrində çox ciddi sıçrayış olacaq"
27-10-2021, 12:39

“Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində və başqa sahələrdə fəaliyyəti üçün çox ciddi potensialın olduğunun görürük”.

NAXCİVANXEBERLERİ.COM "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hazırda Türkiyə şirkətləri infrastruktur tikintisində çox ciddi işlər görürlər. Eniş etdiyimiz Füzuli Beynəlxalq Hava Limanında Türkyənin 12 şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışaraq 8 aya, qısa müddətdə buranı başa çatdırdılar. Hazırda daha iki hava limanı tikilir. Onların qısa zamanda, bir il ərzində başa çatdırılması planlaşdırılır.

“Ağıllı aqropark” dediyimiz sahədə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq intensiv şəkildə həyata keçirilir. Bu istiqamətdə araşdırmalar qətiyyətlə davam etdirilir. Bundan başqa hazırda heyvandarlıqla bağlı fəaliyyət davam edir. Bu uğurlu işlərlə yanaşı, ərazilərin minalardan təmizləmə istiqamətində də işlər görülür. Hazırda minalardan təmizlənmiş torpaqlarda həm Azərbaycan, həm də Türkiyə üçün qarşılıqlı mənfəət əsasında əkinçilik və heyvandarlıq işləri başlayıb. Onlar bizə bildirdilər ki, burada heyvandarlıq baxımından iş aparmaq üçün ən azı 5-10 min baş angus heyvan cinsi (iribuynuzlu) gətiriləcək. Bununla da Azərbaycan ət idxalını minimuma endirəcək. Bu onu göstərir ki, Azərbaycanda əkinçilik və heyvandarlıq sahələrində çox ciddi sıçrayış olacaq”, - dövlət başçısı bildirib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031