SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezidentin köməkçisi media nümayəndələrinə çağırış edib

Prezidentin köməkçisi media nümayəndələrinə çağırış edib
22-10-2021, 12:51

“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası mediaforumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağda 10 min kv.km-dən artıq Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”.

Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil: “Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031