SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır - Britaniya səfiri

Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır - Britaniya səfiri
22-10-2021, 14:52

Neft-qaz ölkəsi olan Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı (COP-26) konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.

O bildirib ki, bu gün bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizə apara bilmir: "Ümid edirəm ki, Qlazqoda keçiriləcək iqlim dəyişikliyi ilə bağlı görüş üzv ölkələr üçün faydalı olacaq".

C.Şarp qeyd edib ki, kömür yanacağından, dizel və benzinlə işləyən avtomobillərdən imtina etmək lazımdır:

"Böyük Britaniya bu məqsədlərə 2030-cu ilədək nail olmaq niyyətindədir. Alternativ enerjiyə keçid dörd dəfə tez baş tutmalıdır. Ümid edirəm ki, Qlazqodakı COP-26 tədbiri Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə vasitələr təqdim edəcək".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031