10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-CANLI
10:00 - Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO
09:52 - Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus üç avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb
09:44 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2023)
09:32 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2023)
09:21 - Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb-FOTO
09:12 - Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir
09:00 - Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO
00:00 - Günün qoroskopu - 03.02.2023
23:42 - Ermənistan AES-in keçmiş baş direktoru bir milyon dollardan çox pulu mənimsəməkdə ittiham olunur
23:28 - Ukrayna Avstriyadan anti-dron vasitələr, yanğınsöndürən və təcili yardım maşınları istəyib
23:17 - Avropa İttifaqı Ukraynanın 30 min hərbçisinə təlim keçəcək
23:11 - Xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderlandda səfərdə olub-FOTO
23:00 - AMEA-da gənc alimlər üçün Akademiya mükafatı təsis olunub
22:55 - Bolqarıstan və Serbiya liderləri Azərbaycan qazını idxal edəcək kəmərin inşasına qatılıblar
BMT-də Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə qəbul edilib
BMT Baş Assambleyasının (BA) plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. 62 ölkə qətnaməyə həm-müəllif kimi qoşulub.
Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.
Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur və qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.
Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.
Qətnamədə BMT baş katibinin BA-nın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.