SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq

Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq
19-10-2021, 18:19

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 19-da Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.

Nazirlər Kabinetindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun aparıldığı vurğulandı. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirildi.

Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi.

Baş nazir Ə.Əsədov Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən də Zəngəzur dəhlizinin Slovakiya və Aİ üçün maraqlı olacağını vurğuladı, rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi.

Qeyd edildi ki, Azərbaycan Slovakiya da daxil olmaqla dost ölkələrin şirkətlərinin işğaldan azad edilmiş torpaqların bərpasında iştirakında maraqlıdır.
Xarici və Avropa işləri naziri İvan Korçok Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və yaxşı siyasi münasibətləri iqtisadi sahəyə də şamil etməyin vacibliyini vurğulayıb.

Sonda Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok imzaladılar.

Sazişə əsasən ikitərəfli iqtisadi əməkdaşlığın əlaqələndirilməsi və təşviq edilməsi məqsədilə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031