SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT Azərbaycanda turizm üzrə təhsilin keyfiyyətinin artırılmasını istəyir

BMT Azərbaycanda turizm üzrə təhsilin keyfiyyətinin artırılmasını istəyir
19-10-2021, 16:55

Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a DTA-dan məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanın regionlarında turizmin inkişafına dəstək, regional turizm müəssələrinin idarə olunması və təşkili, turizmlə bağlı infrastruktur və xidmətlərin yaxşılaşdırılması, eləcə də yerli icmaların imkanların genişləndirməsi kimi məsələlər müzakirə olunub. 

Agentlik sədri postpandemiya dövründə ölkə turizminin bərpası və regional turizmin cəlbediciliyinin artırılması istiqamətində aparılan işlərdən, eləcə də xarici turistlərin Azərbaycana yenidən səfər etmələri üçün bir sıra ölkələrlə sərəhdlərin açılması, ölkə turizminin inkişafını ləngidən amilllərin aradan qaldırılmasında görülən işlərdən danışıb.

F.Nağıyev DTA olaraq BMT-nin İnkişaf Proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

A.Frakassetti qurumun Azərbaycandakı 30 illik fəaliyyətini yüksək qiymətləndirib. O, BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanın regionlarının cədlbedici turizm məkanları kimi inkişafına dastək göstərilməsində, eləcə də turizmlə əlaqəli peşələrdə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və maarifləndirmə işlərinin artırılmasında maraqlı olduqlarını bildirib.

Görüş çərçivəsində turizmin gələcək inkişafı məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb. 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031