SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir

Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
19-10-2021, 15:44

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

Parlamentdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

S.Qafarova konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, əməkdaşlığımızın gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 22-də başa çatacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031