SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya və Ermənistan XİN başçıları mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib

Rusiya və Ermənistan XİN başçıları mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib
1-10-2021, 19:30

Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir.

"Cənubi Qafqazda nəqliyyat yollarının və iqtisadi bağlantıların açılması, qonşu ölkələr arasında etimad tədbirlərinin artırılması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinin regiondakı vəziyyətin sabitləşməsinə töhfə verəcəyi qeyd olunub. Tərəflər həmçinin regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər", - məlumatda vurğulanıb.  

Eyni zamanda Rusiya tərəfindən BMT Baş Asambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilmiş görüşün nəticələrindən məmnunluq da ifadə olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031