SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda rifahı təmin edəcək - Çex nazir

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda rifahı təmin edəcək - Çex nazir
30-09-2021, 13:47

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazın rifahını təmin edəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek azərbaycanlı həmkarı Ceyhun Bayramovla cümə axşamı keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Çex Respublikası Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyir:

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda rifahı və dayanıqlı sülhü təmin edəcək. Biz, həmçinin ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutmuş görüşünü alqışlayırıq".

Nazir İkinci Qarabağ müharibəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31