SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan daha bir beynəlxalq sazişi təsdiq edir

Azərbaycan daha bir beynəlxalq sazişi təsdiq edir
23-09-2021, 15:52

Milli Məclis daha iki beynəlxalq və dövlətlərarası sənədi təsdiq edəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə məsələlər parlamentin sentyabrın 30-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclas zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” qanunun layihəsi deputatların müzakirəsinə çıxarılacaq.

Sənədlərin müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilməsi nəzərdə tutulur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031