SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransalı deputatların Azərbaycan ərazilərinə qanunsuz səfəri sülh quruculuğu səylərinə xələl gətirir - Ceyhun Bayramov

Fransalı deputatların Azərbaycan ərazilərinə qanunsuz səfəri sülh quruculuğu səylərinə xələl gətirir - Ceyhun Bayramov
16-09-2021, 17:54

16 Sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.

Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031