SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb
16-09-2021, 16:38

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınlarının hərəkəti üçün bağlayıb.

NAXCİVANXEBERLERİ.COM-un erməni KİV-lərinə istinadən məlumatına görə, Gorus şəhərinin çıxışında onlarla yük maşını yığılıb.

Ermənistan hüquq-mühafizə orqanları onları Qafana buraxmır.

Qeyd olunur ki, yük maşınlarının sürücüləri Azərbaycan tərəfinə rüsum ödəmək imkanına malikdir. Sürücülər rüsum tələbi ilə əlaqədar yolun bir hissəsini bağlayacaqları ilə hədələr edirlər.

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031