SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında "Qardaşlıq və Əməkdaşlıq" memorandumu imzalanıb

Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında "Qardaşlıq və Əməkdaşlıq" memorandumu imzalanıb
16-09-2021, 16:10

İstanbulda Türkiyə Gənclər Birliyi və Azərbaycan İslahatçı Gənclər Birliyi arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin gücləndirilməsi məqsədilə "Qardaşlıq və Əməkdaşlıq" memorandumu imzalanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, gənclər birliklərinin birgə təşəbbüsü əsasında təşkil olunan Vətən müharibəsinə aid fotoşəkillərdən ibarət stendlərə baxış keçirilib, Azərbaycanın haqq davasında qətiyyətli mübarizəsi, Qarabağın azadlığı uğrunda Türkiyənin ölkəmizə siyasi və diplomatik dəstəyinin əhəmiyyətindən bəhs edilib.

Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilərək, Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib ki, bu memorandum və təşkil olunan fotosərgi bütün türk dünyası gəncləri üçün vacibdir.

O, bundan sonra iki ölkə arasında gənclərin mübadiləsi, elmi-sosial fəaliyyətlərinin genişləndirilməsi istiqamətində atılacaq addımlardan danışıb: "Birgə tərəfdaşlığımızın gücləndirilməsi istiqamətində təşkil olunacaq qarşılıqlı mübadilə proqramlarından başqa digər məqsədimiz isə Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirilən terror hücumları ilə Türkiyə gənclərini tanış etmək, habelə Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ zəfərindən sonra görülən abadlıq-quruculuq işlərini gənclərə çatdırmaq idi. Bu gün tədbirdə Türkiyə universitetlərindən olan fəal gənclər iştirak etdilər. Ümid edirik ki, Türkiyənin ən köklü təşkilatlarından olan Gənclər Birliyi ilə əməkdaşlığımız bundan sonra daha da güclənəcək".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031