SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib
15-09-2021, 21:30

15 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüş zamanı tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə məlumat verərək, bu xüsusda Ermənistanın vəziyyətin gərginləşdirilməsinə xidmət edən davranışı, əsassız iddialar və qeyd şərtlərlə çıxış etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Aİ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan və Aİ arasında yeni sazişi üzrə aparılan danışıqlar, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930