11:56 - İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
11:52 - Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
10:09 - Tədqiqatlara görə uşaqlar zəkanı anadan alırlar
09:51 - Ukrayna BQ: "Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur"
Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsində səsləndirdiyi fikirlər İran mətbuatının diqqət mərkəzində olub
Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər İran mətbuatının diqqət mərkəzində olub.
İranın İRNA agentliyi, “Mehr”, İRİB, “Arannews” saytları dövlətimizin başçısının müsahibədəki fikirlərinə dair materiallar dərc ediblər.
Yazılarda qeyd olunub ki, Prezident İlham Əliyevin “3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) əməkdaşlıq əlaqələrinin gücləndirməsi” fikri region dövlətləri üçün məqbuldur. Bu əməkdaşlıq iqtisadi inkişafa və siyasi sabitliyə qarant ola bilər.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və onun region dövlətləri üçün faydası haqqında söylədiyi fikirlərə də mətbuatda geniş yer verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizindən İran və Ermənistanın da istifadə edə biləcəyini bildirib. Dəhlizin açılması ilə Ermənistanın həm İran, həm də Rusiya ilə nəqliyyat əlaqəsi yaranacağı vurğulanıb.