SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN sözçüsü: "Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"

XİN sözçüsü:
26-04-2019, 13:39

"ABŞ rəhbərliyi yenidən təhdid dilində danışır. Bu münasibətlə heç bir uğurlu nəticə əldə etmək mümkün olmayacaq".

NAXCİVANXEBERLERİ.COM “Haber7”yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O, Türkiyə ilə Suriya arasında təhlükəsizlik bölgəsindən danışaraq bildirib: “Təhlükəsizlik bölgəsi ilə bağlı mövqeyimiz qətidir. Bu əraziyə Türkiyə nəzarət etməli, YPG (terrorçu PKK-nın Suriyadakı qolu-red.) orada omamalı, sərhədboyu təhlükəsizlik bölgəsinin eni 20 mil, yaxud 32 km olmalıdır”.

O, 1915-ci il aprelin 24-ü hadisələri ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin ünvanına söylədiklərinə də toxunub: "Makronun aprelin 24-nü “anım günü” elan etməsini unutmayacağıq. Fransa Prezidentinin söylədiyi ağır ifadələrin qarşılığı olacaq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031