SON DƏQİQƏ

naxcivanxeberleri.com

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - Rusiya Sənaye və Ticarət Nazirliyi

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - Rusiya Sənaye və Ticarət Nazirliyi
2-08-2021, 14:28

İnformasiya-kommunikasiya sahəsində Rusiyanın Azərbaycanla əməkdaşlığı ikitərəfli münasibətlərin prioritetidir.

Bunu NAXCİVANXEBERLERİ.COM-a Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın və Rusiyanın müvafiq dövlət strukturları innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı üzrə yol xəritəsinin müddəalarının reallaşdırılması çərçivəsində daimi dialoq təşkil edib:

"Rusiyanın proqram təminatı və telekommunikasiya avadanlıqları Azərbaycanda kifayət qədər populyardır. Azərbaycanın bütün ümumtəhsil müəssisələrində rusiyalı ekspertlərin hazırladığı "Alqoritmika" informatika tədris proqramı tətbiq edilib. "Yandeks" şirkəti Azərbaycanda öz xidmətlərini fəal inkişaf etdirir, "Təhlükəsizlik kodu" şirkəti isə azərbaycanlı IT mütəxəssisləri ilə birgə ölkə daxilində məlumatların müdafiəsi üçün Azərbaycan istehsalı olan məhsul xəttini yaratmağa hazırdır".

Nazirlikdən onu da bildiriblər ki, ötən il Azərbaycan Moskva istehsalı olan telekommunikasiya avadanlıqlarının satın alınmasında lider olub:

"2020-ci ildə Moskva istehsalı olan telekommunikasiya texnikasının ümumi ixracı 270 milyon dollar və ya Rusiyanın ümumi ixracının 73 faizini təşkil edib. Bu məbləğin 85 milyon dollardan çoxu Azərbaycanın payına düşüb"

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930