SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan

Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan
30-07-2021, 21:52

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin müxtəlif əyalətlərində meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır.

NAXCİVANXEBERLERİ.COM-un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Ölkənin 1 140 nöqtəsində meşə yanğınlarının söndürülməsi davam edir. Sizi araşdırmanın nəticələrini gözləməyə çağırıram. Hökumət üzvləri də hazırda hadisə yerlərindədirlər. Bütün vasitələr meşə yanğınlarının lokallaşdırılmasına və söndürülməsinə yönəldilib".

Dövlət başçısı əlavə edib ki, DİN-in araşdırmasında meşə yanğınlarının səbəblərindən biri də təxribat hesab edilir.

T.Ərdoğan qeyd edib ki, amfibiya təyyarələri yanğınlarla mübarizədə ən təeffektiv vasitə olaraq qalır: "İyulun 30-u üçün Rusiya və Ukraynadan alınanlar da daxil olmaqla meşə yanğınları ilə mübarizəyə 5-6 amfibiya təyyarə cəlb olunub".

Qeyd edək ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Bəzi ərazilərdə yanğınlar hələ də davam edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031