SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahibə Qafarova: Bakı Bəyannaməsi ölkələr arasında strateji əlaqələrə töhfə verəcək

Sahibə Qafarova: Bakı Bəyannaməsi ölkələr arasında strateji əlaqələrə töhfə verəcək
27-07-2021, 23:13

“Bu gün Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirildi. Görüşün sonunda Bakı Bəyannaməsi imzalandı. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.

Bunları Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün nəticəsinə dair deyib.

“Mən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi barədə təşəbbüsümə verdikləri dəstəyə və dəvətimi qəbul edərək bugünkü tədbirə təşrif buyurduqlarına görə dəyərli həmkarlarım cənab Mustafa Şentop və cənab Əsəd Qeysərə və rəhbərlik etdikləri nümayəndə heyətlərinə təşəkkür edirəm”, - deyə Azərbaycan parlamentinin rəhbəri əlavə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031