SON DƏQİQƏ

naxcivanxeberleri.com

Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
23-07-2021, 18:51

Azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı cari ilin iyul ayı ərzində rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu əməliyyatda Minatəmizləmə Agentliyinin əməkdaşları da yaxından iştirak ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031