SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bayden avqustun 30-u Zelenskini qəbul edəcək

Bayden avqustun 30-u Zelenskini qəbul edəcək
21-07-2021, 22:12

ABŞ Prezidenti Cozef Bayden avqustun 30-u Vaşinqtonda Ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edəcək.

NAXCİVANXEBERLERİ.COM-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: "Prezident Cozef bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir".

Mətbuat katibi həmçinin qeyd edib ki, Ukrayna liderinin ABŞ-a səfəri "enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı və V.Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyimizi" təsdiqləyəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031