SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər

Nazir: Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər
24-04-2019, 13:20

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradacaqlar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.

O, birgə müəssisənin Azərbaycanda yaradılacağını bildirib.

Nazir əlavə edib ki, artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Türkiyənin dəmiryol vaqonlarının birgə istehsalı məsələsinə baxdığını demişdi. Onun sözlərinə görə, birgə istehsalatın Sumqayıt Texnologiyalar Parkında təşkil edilməsi planlaşdırılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031