SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
4-07-2021, 18:13

İyulun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksəksəviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930