SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri görüşüb

Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri görüşüb
25-06-2021, 11:39

Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri Bilal Haye  Cahit Bağçı arasında görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu pakistanlı diplomat tvitterdə yazıb.

Görüş Pakistan səfirliyində keçirilib.

“Pakistan və Türkiyə arasındakı mükəmməl ikitərəfli əlaqələri və qardaş Azərbaycanla üçtərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik”, - B.Haye bildirib.

Xatırladaq ki, Azərbaycan bir qədər əvvəl Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası üçtərəfli əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Pakistan Milli Yığıncağının spikeri Əsəd Kəysər Milli Məclisin spikeri Sahibə Qafarova ilə telefon danışığı zamanı bu təşəbbüsünü alqışladığını və bunu qardaş ölkələrin sıx və səmimi parlamentarası əlaqələri baxımından yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031