15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
14:55 - Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb
14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb
14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 24 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla Səudiyyə Ərəbistanı xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüş zamanı şahzadə Feysəl Al Səud iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını bildirərək, əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Azərbaycanın döst və qardaş ölkə olduğunu vurğulayıb.
C.Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində mühüm yer tutduğunu bildirərək, iki döst dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinə toxunaraq, Səudiyyə Ərəbistanının Azərbaycana bu məsələdə həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyi yüksək qiymətləndirib.
Nazir səudiyyəli həmkarına post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. O, Azərbaycan ilə Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.
İqtisadi sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında külək enerjisi sahəsində əməkdaşlığı yükəsk qiymətləndirib. Turizm sahəsində əməkdaşlığa istinad edilərək, 2016-cı ildə Körfəz ölkələrinin vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsindən sonra Azərbaycana gələn səudiyyəli turistlərin sayının bir neçə dəfə artdığı vurğulanıb və müsbət dinamikanın pandemiyadan sonrakı dövrdə də davam edəcəyinə inamını ifadə edilib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı nazir C.Bayramov səudiyyəli həmkarını Azərbaycana səfərə dəvət edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri dəvəti məmnuniyyətlə qəbul edib.