SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın Laçında meşələri məhv etməsi ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq

Ermənistanın Laçında meşələri məhv etməsi ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq
21-06-2021, 11:11

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququnun əsas norma və prinsipləri, eləcə də “Canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının ətraf mühitinə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə işğala məruz qalmış ərazilərimizdə Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ölkəmizə qarşı ekoloji terrorçuluq cinayəti törədilmişdir.

Bu barədə Baş ProkurorluqdanNAXCİVANXEBERLERİ.COM-a verilən məlumatda deyilir.

Qeyd edilir ki, aparılmış araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1.818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib:

"Qeyd edilənlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən İstintaq idarəsinə tapşırılmışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031