SON DƏQİQƏ

naxcivanxeberleri.com

Astaraçay üzərində tezliklə yeni körpü inşa olunacaq - İran səfiri

Astaraçay üzərində tezliklə yeni körpü inşa olunacaq - İran səfiri
20-06-2021, 16:11

İran və Azərbaycan arasında Astaraçay üzərində 1 il ərzində körpünün inşa olunması qərara alınıb.

Bunu açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, iyunun 9-da iki ölkə arasında Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün tikilməsi haqqında memorandum imzalanıb.

İran səfiri qeyd edib ki, hazırda çay üzərindəki körpü 2-ci Dünya Müharibəsi dövrünə aiddir. Bütün yükdaşımalar bu körpünün üzərindən həyata keçirilir və yeni körpünün istifadəyə verilməsi ilə köhnə körpüdən yükdaşıma azalacaq: “Körpünün inşasına təxminən 4,5-5 milyon avro vəsait xərclənəcək və iki ölkə tərəfindən birlikdə inşa olunacaq. Bu körpünün istifadəyə verilməsi ilə iki ölkə arasında ticarət dövriyyəsi, idxal, ixrac və tranzit artacaq.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən ilin martından bu ilin martına qədər İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi 587 milyon dollar dəyərində 1,02 milyon ton məhsul təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031