SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işin tezliklə başlamasını dəstəkləyir - Zaxarova

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işin tezliklə başlamasını dəstəkləyir - Zaxarova
17-06-2021, 18:52

Rusiya son həftələrdə Ermənistanla Azərbaycanın sərhədində gərginliyin azaldığnı müşahidə edir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya gərginliyin azaldılmasına yönəlmiş fəal vasitəçilik səylərini göstərməyi davam etdirir: "Bakı ilə Yerevam arasında xarici işlər, müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə sıx koordinasiya qurulub. Dayanıqlı və uzunmüddətli həll yolu qismində biz iki ölkə arasında sərhədin delimitasiyası üzrə işin başlamasını görürük. Biz bu prosesə ən fəal kömək göstərməyə hazır olduğumuzu təsdiq edirik".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930