SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidenti: Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk

Azərbaycan Prezidenti: Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk
15-06-2021, 17:41

Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bu birliyi bizi birləşdirən bir çox amillər təmin edib: İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız və xalqlarımız qardaşlığı.

Bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

Bu gün dünya miqyasında Azərbaycan ilə Türkiyənin unikal əməkdaşlıq, müttəfiqlik nümunəsi göstərdiyini vurğulayan dövlətimizin başçısı deyib: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi kəlamlar bizim üçün, fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik, XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031