SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir
15-06-2021, 16:00

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə “Azərkosmos” ASC-ni təmsil edən mayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Astronavtika Federasiyasının qlobal kosmik tədqiqat üzrə keçirilən “GLEX 2021” tədbirində iştirak edir.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir kosmonavt Yuri Qaqarinin “bəşəriyyət üçün yeni bir dövr”ün başlanğıc simvolu sayılan kosmik uçuşunun 60-cı ildönümünə həsr olunub.
“GLEX 2021”də Azərbaycanın kosmik sənayesinin tarixindən, son 10 ildə ölkəmizin kosmik sahədəki fəaliyyətindən, o cümlədən mədəniyyət və tarixindən, turizm potensialından bəhs edən stend, təqdimat və video roliklər nümayiş olunur.

Tədbirin açılış mərasimində çıxış edən R.Nəbiyev bu ilin aprel ayında Prezident İlham Əliyevin imzaladığı fərman əsasında yaradılmış Kosmik Agentlik haqqında danışıb. Nazir bildirib ki, Agentliyin fəaliyyəti qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradacaq.

Daha sonra R.Nəbiyev 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə, xüsusilə regionda kosmik sahənin inkişafına “yeni nəfəs” gətirəcəyinə əminliyini ifadə edib.

“GLEX 2021” platforması vasitəsilə beynəlxalq kosmik ictimaiyyət və tədbirin qonaqları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.

Kosmik ictimaiyyəti bir araya gətirən “GLEX 2021” tədbirində Beynəlxalq Astronavtika Federasiyasına üzv olan dövlətlərin – Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Fransa, Norveç, Belçika, Polşa, Almaniya, İtaliya, Malayziya, Meksikanın kosmik agentlikləri, o cümlədən kosmik missiyaları həyata keçirən kosmonavtların iştirakı ilə plenar və silsilə sessiyalar keçirilir. Bu platforma ölkəmiz üçün kosmik sahə üzrə qlobal səviyyədə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə potensial tərəfdaşlarla qarşılıqlı işgüzar münasibətlərin qurulması baxımından geniş imkanlar yaradır.
“GLEX 2021” tədbiri kosmik sahə üzrə tədqiqatlar və yeni missiyalar mövzularını əhatə edən toplantılarla iyunun 18-nə qədər davam edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031