SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran Azərbaycanın azad edilmiş ərazilərində turizmin inkişafında maraqlıdır

İran Azərbaycanın azad edilmiş ərazilərində turizmin inkişafında maraqlıdır
15-06-2021, 17:12

Azərbaycan və İran arasında xüsusi keçmişə və mövqeyə sahib Xudafərin körpüləri maksimum şəkildə diqqət mərkəzində olmalıdır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın turizm, mədəni irs və əl işləri sənayesi naziri Əli Əsğər Munesan İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Xudafərin körpüləri ilə yaxından tanış olduğu zaman jurnalistlərə açıqlamasında deyib.

Ə.Munesanın sözlərinə görə, Xudafərin körpüləri iki ölkənin turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

O, bildirib ki, Xudafərin İran və Azərbaycanın mədəniyyət, tarix və turizm diplomatiyasının səfiri hesab olunur. Buna əsasən onun infrastrukturlarının gücləndirilməsi isitqamətində əsaslı işlər görüləcək.

Nazir əlavə edib ki, Xudafərin körpülərinin bərpası və beynəlxalq səviyyədə qeydiyyata alınması üçün Azərbaycan tərəfi ilə müzakirələr aparılacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031