SON DƏQİQƏ

naxcivanxeberleri.com

Estoniyanın sabiq xarici işlər naziri mina xəritələri müqabilində Azərbaycanın 15 ermənini azad etməsini alqışlayıb

Estoniyanın sabiq xarici işlər naziri mina xəritələri müqabilində Azərbaycanın 15 ermənini azad etməsini alqışlayıb
14-06-2021, 14:38

Estoniyanın sabiq xarici işlər naziri Marina Kalyurand Ağdam rayonunun mina xəritələri müqabilində Azərbaycan tərəfindən 15 erməninin təhvil verilməsini alqışlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə sabiq nazir öz "Twitter" səhifəsində yazıb:

O bildirib: "Azərbaycanın 15 saxlanan ermənini azad etməsini, eləcə də Ermənistanın Ağdam rayonunda mina sahələrinin xəritəsini verməsini alqışlayıram. Gürcüstana bu vacib addımda köməyinə görə təşəkkür edirəm. Tərəfləri bu yolda irəliləməyə çağırıram".

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda 97 min tank və piyada əleyhinə minanın qeyd olunduğu xəritə müqabilində Gürcüstandan nümayəndələrin iştirakı ilə 15 ermənini Ermənistana təhvil verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031