SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Pakistan arasında gəmiqayırma üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Pakistan arasında gəmiqayırma üzrə əməkdaşlıq müzakirə olunub
10-06-2021, 22:27

Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərbi nümayəndə heyətimiz əvvəlcə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.
Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.
Nümayəndə heyətimiz Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.
Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.
Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930