SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə səfiri: “Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir”

Türkiyə səfiri: “Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir”
17-12-2018, 12:52

“Azərbaycan torpaqlarının işğal altında qalması ən böyük ədalətsizlikdir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir: “Biz Qarabağda, Fələstində və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır. Bu istiqamətdə fəaliyyəti görmürük”.

Onun sözlərinə görə, bütün ölkələr davranışlarını qanuni şəkilə salmaq üçün beynəlxalq hüquqa uyğun səbəblər yaratmağa çalışırlar: “İraqda, Əfqanıstanda, Suriyada baş verənlər də bu qəbildəndir. Dünyada böyük ədalətsizlik, haqsızlıq var”.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30