17:30 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:05 - Azərbaycanda son gündə 518 nəfər koronavirusa yoluxub
16:14 - Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
15:41 - Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14:50 - Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub
14:19 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
12:26 - Sabaha olan hava proqnozu açıqlanıb
11:56 - Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
11:30 - Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
10:56 - Azərbaycan karateçiləri İslamiadaya yollanıb
10:30 - Türkiyədə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib
10:09 - Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
09:53 - ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
09:00 - Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
00:00 - Günün qoroskopu-14.08.2022
Ermənistanla Azərbaycan arasında sərhəd problemini istisnasız şəkildə danışıqlar yolu ilə həll etmək lazımdır - Rusiya XİN
Ermənistanla Azərbaycan arasındakı sərhəd problemini istisnasız şəkildə danışıqlar yolu ilə həll etmək lazımdır. Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə kömək göstərməyə hazırdır.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, sərhədyanı insidentin əsas səbəbi sərhədlərin beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmamasıdır. Onun sözlərinə görə, bu problemi istisnasız şəkildə danışıqlar yolu ilə həll etmək lazımdır: "Uzunmüddətli həll yolu olaraq biz sərhədin delimitasiyası prosesinin başlamasında və daha sonra demarkasiyasında görürük. Rusiya bu məsələdə hər cür köməyi göstərməyə hazırdır. Rusiya tərəfi sərhəddəki insidentin həllinə cəlb olunub. Biz ali və yüksək səviyyələrdə Bakı ilə Yerevanın müntəzəm təmaslarını dəstəkləyirik".
M.Zaxarova bildirib ki, hər iki tərəf dialoq və qarşılıqlı etimadın bərpası yolunun əvvəlindədir: "Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması fəal vasitəçilik səyləri göstərir. Rusiyalı sülhməramlılar Qarabağda sülh və təhlükəsizliyi təmin edir. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzərində işləyir".