SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran-Azərbaycan dəmir yolu ticarət dövriyyəsinin inkişafına kömək edəcək

İran-Azərbaycan dəmir yolu ticarət dövriyyəsinin inkişafına kömək edəcək
14-04-2019, 11:59

İran dəmir yolunun Azərbaycana birləşməsi İran və MDB ölkələri arasında ticarət dövriyyəsinin inkişafına böyük imkan yaradıb.

İran və Rusiyanın Birgə Ticarət Palatasının iranlı həmsədri Hadi Tizhuş Taban deyib.

H.T.Tabanın sözlərinə görə, İran və Rusiyanın hazırkı ticarət dövriyyəsinin dəyəri ildə təxminən 2 milyard dollardır.

Palata rəsmisi əlavə edib ki, lazımi infrastrukturların yaradılması ilə bu rəqəmi 10 milyard dollara çatdırmaq mümkündür.

Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyinə toxunan iranlı rəsmi bildirib ki, Rusiyanın böyük bazarında uğur qazanmağın ilk şərti idxal üçün sərt qaydalar tətbiq edən rus bazarını tam şəkildə tanımaqdır.

İranın Avrasiya İqtisadi Birliyinə qoşulmasına toxunan H.T.Taban əlavə edib ki, ölkə parlamentində bu önəmli məsələ gündəmə çıxarılıb.(Trend)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930