SON DƏQİQƏ

naxcivanxeberleri.com

Lavrov Putinlə Bayden arasında mümkün görüşdən danışdı

Lavrov Putinlə Bayden arasında mümkün görüşdən danışdı
11-05-2021, 15:10

“Dialoq, əlbəttə ki, lazımdır. Xüsusilə Vaşinqtonun demək olar, bütün silahlara nəzarət mexanizmlərini məhv etdiyi və yalnız strateji hücum silahlarının azaldılmasına dair sazişin (New START) qüvvədə qaldığı bir şəraitdə bu, çox vacibdir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.

Bir qədər öncə Ağ Ev bildirib ki, ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün bu yay Avropa ölkələrindən birində zirvə görüşü keçirməyi təklif edib. Kreml görüşün mümkün tarixinin müzakirə edildiyini bildirib. Bayden isə Putinlə iyunda görüşəcəyinə ümid etdiyini deyib.

“Amerikalı həmkarlarımıza görüşün mövzusu barədə qərar verməyin məqsədəuyğun olduğunu bildirmişik”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-a strateji sabitlik sahəsindəki bütün amilləri, istər hücum, istərsə də müdafiə sistemlərini nəzərdən keçirməyi təklif edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930