SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa İttifaqı-Azərbaycan: yeni sazişdə Qarabağ məsələsi-Anar İbrahimov yazır...

Avropa İttifaqı-Azərbaycan: yeni sazişdə Qarabağ məsələsi-Anar İbrahimov yazır...
13-04-2019, 14:59

Son günlər ölkəmizin Avropa İttifaqı ilə yeni saziş imzalanması ilə bağlı cəmiyyətimizdə, mediyada, və siyasi partiyalar səviyyəsində müzakirələr gedir, sosyal şəbəkələrdəki reaksiya görə söyləmək olar kı, mövzu kifayət qədər aktualdı, cəmiyyətin və siyasi aktorların avrointeqrasiya ilə bağlı müyyən gözləntiləri də var.
Müzakirələrin bu tərzdə aparılması, əsasən də arqumentasiya və s. bu kimi şeylər proses olaraq müsbətdir və dövlətimiz, siyasi institutlaımız üçün faydalıdır. Bilavasitə danışıqları aparanlardan başqa sənədin məzmumu, hətda adı barədə dəqiq məlumat yoxdu, və bu praktikada belə də olur. Burası aydındı. Sadəcə əlaqələrimizin tarixini az-çox izləyən, bilən şəxslər sənədin məzmununa dair təxminlərini deyirlər. Həmin təxminlərin arasında “Avropa İttifaqının yeni sazişdə birmənalı olaraq Dağlıq Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” ifadəsinin yer almasını istəməməsi ilə bağlı mülahizələrdi. Əslində, bu faktın özü heç də sirr deyildi, Aİ müxtəlif zamanlarda və formatlarda bu ifadənin istifadəsində həvəsli olmadığı hamıya məlum idi. Azərbaycan tərəfi bir çox hallarda haqlı olaraq Aİ`dən həmin ifadənin sənədlərdə əks olunması üçün çalışır (bəzən buna nail olunurdu da), erməni tərəfi buna qarşı çıxır (maraqlıdır ki, Aİ-Ermənistan sazişləərində fərqli ifadələr yer alır), avropalılar isə "problem çıxmasın” məntiqi ilə ümumiyyətlə bu məsələləri mümkün qədər ümumi ifadələrin altında gizlədərək gündəmdən itirməyə çalışmışlar. Lakin bir məqam var ki, onun üzərində durmaq lazımdır. Son günlərin müzakirələrində bəzi siyasi partiyalar və şəxlər “Avropa İttifaqının yeni sazişdə birmənalı olaraq Dağlıq Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” ifadəsi yoxdur məsələsini bir sensasiya kimi təqdim etməyə çalışması, əslində qəribədir. Qərbibədir ona görə ki, birincisi, bu hamıya məlum olan həqiqət idi. İkincisi, Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin aprelin 4-də Brüsselə səfəri zamanı Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışında həmin məsələyə dair mövqe açıq ifadə olunmuşdur. Nazirin çıxışından sitat: - “Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Hesab edirəm ki, əgər Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa onda, əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır”.
Əgər ölkənin XİN rəhbəri bununla bağlı mövqeyini mediya qarşısında açıq və birmənalı həm də bilavasitə danişiqlardan dərhal sonra ifadə edibsə, bunun harası gizli idi ki. Ona görə sensayiya axtaranların məntiqlərini anlamaq mümkün deyil. Açıq, rəsmi mövqeyi qoyub, təxmin üzərində əsaslanan müzakirələr bir tərəfdən onun faydasını və əlavə dəyərini azaldır, digər tərəfdən isə müzakirə iştirakçılarının ciddiliyinə kölgə salır. Sağ ilə sol qulağı qaşımağa bənzəyir.

Politoloq Anar İBRAHİMOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930