SON DƏQİQƏ

naxcivanxeberleri.com

Paşinyanın partiyası seçki bloku yaratmayacaq

Paşinyanın partiyası seçki bloku yaratmayacaq
6-05-2021, 15:46

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil iştirak edəcək və digər siyasi qüvvələrlə blok yaratmayacaq.

NAXCİVANXEBERLERİ.COM TASS agentliyinə istinadən xəbər verir ki, bunu hakim "Mənim addımım" blokunun lideri Lilit Makunts bu gün keçirilən brifinqdə deyib.

Parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

Ekspertlərin fikrincə, Paşinyanın partiyasının əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930