SON DƏQİQƏ

naxcivanxeberleri.com

ANAMA Türkiyədən və digər ölkələrdən yeni texnikalar alacaq

ANAMA Türkiyədən və digər ölkələrdən yeni texnikalar alacaq
6-05-2021, 17:30

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ölkəmizə yeni texnikaların gətirilməsi ilə bağlı aparılan işlər davam etdirilir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, texnikaların alınacağı ölkələrlə bağlı bir neçə təklif mövcuddur. Agentlik rəsmisinin sözlərinə görə, yeni texnikaların həm qardaş Türkiyədən, həm də digər əvvəlki şirkətlərdən alınması nəzərdə tutulub.

“Hazırda bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən fikir mübadiləsi həyata keçirilir və yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”, - o əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930