SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verib

BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verib
6-05-2021, 09:43

“Bir hadisəni soyqırımı adlandırmaq üçün səlahiyyətli beynəlxalq məhkəmənin qərarı olmalıdır”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır qondarma “erməni soyqırımı” iddialarına cavab olaraq bildirib.

BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”da soyqırımın bir cinayət kimi tanındığını xatırladan V.Bozkır qeyd edib ki, bu cinayət səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən təyin edilməli, yeni bir hadisəni soyqırım olaraq qəbul etmək üçün məhkəmə qərarı olmalıdır: “BMT-nin soyqırımın nə olması ilə bağlı mövqeyi də adıçəkilən konvensiya ilə uyğunluq təşkil edir və qurum rəsmiləri tərəfindən də dəfələrlə təkrarlanıb”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden aprelin 24-də verdiyi açıqlamada 1915-ci il hadisələrini “soyqırımı” adlandırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930