SON DƏQİQƏ

naxcivanxeberleri.com

Putin və Makron Qarabağla bağlı konkret təşəbbüslə çıxış edəcəklər

Putin və Makron Qarabağla bağlı konkret təşəbbüslə çıxış edəcəklər
4-05-2021, 13:12

“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.

O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.

Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.

“Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.

Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31