SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkının salınması təklif edilir

Bakıda Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkının salınması təklif edilir
4-05-2021, 11:44

“Bu yaxınlarda yayılan videolarda da görünür ki, erməni təxribatı artmaqdadır. Azərbaycan zabiti, əsgəri elə hərəkətlər edir ki, onlar bu təxribatı genişləndirə bilmirlər. Bu, onu göstərir ki, Qarabağda bizim uğurumuz peşəkarlardan keçir”.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu Milli Məclis deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda sosial şəbəkə seqmentində bəziləri Türkiyəyə, İsrailə, Pakistana, Əfqanıstana qarşı anti-təbliğat kampaniyası aparır:

“Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Bakıda salınan parkların birinə Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkı adı verilməlidir. Həmin parkda da bu ölkələrin bayraqları dalğalanmalıdır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31