SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib - Çavuşoğlu

Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib - Çavuşoğlu
4-05-2021, 13:30

Türkiyə Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasını vacib sayır.

NAXCİVANXEBERLERİ.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyalı həmkarı Nəclə Manquş ilə Tripolidə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir deyib: "Biz Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasına böyük əhəmiyyət veririk".

M. Çavuşoğlu xatırladıb ki, Türkiyə hər zaman çətin anlarda Liviya xalqını və qanuni seçilmiş hökumətlərini dəstəkləyib.

Türk diplomatiyasının başçısı danışıqlar zamanı Türkiyə və Liviya xarici işlər nazirlərinin iqtisadi əməkdaşlıq, Liviya iqtisadiyyatına yatırımlar və ikitərəfli ticarət əlaqələri mövzusuna toxunduqlarını və ayrıca türk özəl sektorunun Liviyaya dönməsini müzakirə etdiklərini bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31