SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ prezidenti Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib

ABŞ prezidenti Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib
4-05-2021, 11:38

ABŞ Prezidenti Cozef Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

NAXCİVANXEBERLERİ.COM “The Hill”ə istinadən bildirir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib.

Belə ki, C.Bayden Konqresi 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığını barədə məlumatlandırıb.

Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib.

O vaxt vitse-prezident olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31