SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tbilisidə Qafqazın enerji təhlükəsizliyi müzakirə olunub

Tbilisidə Qafqazın enerji təhlükəsizliyi müzakirə olunub
12-04-2019, 14:52

Gürcüstanın paytaxtı Tbilisidə “Açıq bazar fonunda Qafqaz bölgəsində enerji təhlükəsizliyi” mövzusuna həsr olunmuş konfrans keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbir Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və ABŞ-ın USAID təşkilatının Enerji Proqramının dəstəyi ilə baş tutub.

Konfransda çıxış edən iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava Gürcüstanda enerji təhlükəsizliyi sahəsində mövcud çağırışlar barədə danışıb: “Bu sahədə bizim üzləşdiyimiz ənənəvi və yeni problemlərimiz var. Ənənəvi problemlərə regional çağırışlar və geosiyasi faktorlar daxildir. Yeni çağırışlara isə elektrik enerjisinin istehlakının artması fonunda cəmiyyətin su elektrik stansiyalarının inşasına fərqli yanaşması aiddir”.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin energetika sahəsi ilə bağlı strategiyası iki prinsipə əsaslanıb: “Bunlara daha açıq bazar, regionda inteqrasiya, ticarət və tranzit üçün daha çox imkanların yaradılmasıdır. Bu iki aspekt olduqca vacibdir. Biz istehlakçıları öz resurslarımızla təmin etməli və bölgədə azad ticarət imkanları yaratmalıyıq”.

Konfransda USAID-nin Gürcüstan nümayəndəliyinin rəhbərliyi, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə irəli sürüləcək fikir və təkliflər enerji təhlükəsizliyi üzrə İşçi Qrupa təqdim olunacaq.(Report)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930