SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov Serbiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
26-04-2021, 19:04

26 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçi qəbul edib. Nazir Ceyhun Bayramov səfir Draqan Vladisavlieviçin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir, Serbiyanın ölkəmizə yeni səfirinin təyin edilməsinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Dövlətlər arası münasibətlərdə Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın hazırda tarixi mərhələni yaşadığını qeyd edərək, Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyətlə bağlı məlumat təqdim edib.

Səfir Draqan Vladisavlieviç qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. O, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib və Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.

Görüşdə tərəflər, dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, öz növbəsində serbiyalı həmkarına səmimi salamlarını çatdırdı və səfir Draqan Vladisavlieviçə fəaliyyətində uğurlar arzu etdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031